Söz verib gəlməyən müğənnilər kimsəsiz uşaqların gözünü yolda qoydu-FOTOSESSİYA
Bir neçə gün öncə Novruz bayramı münasibəti ilə Günəşlidə yerləşən iki saylı uşaq evində kimsəsiz uşaqlar üçün xeyriyyə tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirin bu dəfəki təşəbbüskarları adət etdiyimiz qurumlar deyil, bir neçə gənc oldu.
Az sayda müğənninin iştirakı ilə keçirilən xeyriyə tədbirində ən çox əziyyət çəkənlər isə iki təşkilatçı xanım- Zeynəb Nuriyeva və Təranə Qasımova oldular.
Gənc xanımlar artıq neçənci dəfədir kimsəsiz uşaqları sevindirirlər. Güclərini bir yerə toplayan gənclər uşaqlar üçün əllərindən gələni ediblər. Onlara həm maddi, həm də mənəvi baxımdan dəstək olmağa çalışdılar.
Zeynəb bir çox müğənniləri dəvət etsə də sözlərinə əməl edənlər az oldu. Belə ki, uşaqları sevindirən müğənnilər sırasında Yaşar Yusifov və "Yeni ulduz" müsabiqəsinin yadda qalan iştirakçılarından olan Elvin Mirzəzadə oldu. Onlarla yanaşı DJ Çina da gəlişi ilə uşaqları sevindirdi.
Ancaq xeyriyə tədbirində tək adıçəkilən müğənnilər oxumadılar. İstedadı olan hər bir gənc əlinə mikrafon olub, mahnı ifa edilər.
Onu da bildirək ki, söz verib gəlməyən məşhurlar sırasında müğənni Xatun və Kərimin adını qeyd etmək olar. Onlarla əlaqə saxlayıb, müəyyən səbəblərin olduğunu öyrəndik.
Sonda tədbir təşkilatçıların bu cür mərasimin növbətisini may ayında keçirəcəklərini də açıqladılar.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB