Əslən azərbaycanlı olan, amma Türkiyədə ailə qurub, fəaliyyət göstərən model Günay Musayeva 28 mart tarixində tanınmış türkiyəli modelyer Tolga Çamın "Dream Of The Dresses" dəfiləsində əsas model qismində çıxış edib.
Günayın Türkiyədəki məbuat katibi Ülvi Hadiyevin SİA-ya verdiyi məlumata görə, Fransanın Fashion TV telekanalının təşkilati dəstəyilə təşkil olunan moda nümayişinə çıxan modelimiz hamilə olmasına baxmayaraq podiumda bütün diqqətləri üzərinə yönəltməyi bacarıb.
Günay əsas model olaraq ağ gəlinliklə tamaşaçıların qarşısına çıxıb və alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB