Tolik tanınmış rejissora qadağa qoydu: “Aygün Kazımovanın adı o siyahıdan çıxmalıdır” - QALMAQAL

Tolik tanınmış rejissora qadağa qoydu: “Aygün Kazımovanın adı o siyahıdan çıxmalıdır” - QALMAQAL

Azərbaycanın tanınmış prodüseri Mister Tolik (Tarix Əliyev) bu dəfə rejissor Nail Naiboğluna qəzəblənib. SİA-ya açıqlama verən prodüserin sözlərinə görə, Nailin rejissorluğu və təşkilatçılığı ilə efirə gedəcək "Estrada mahnı yarışması -2012" siyahısında xalq artisti Ayğün Kazımovanın da adının olması düzğün deyil.

Məsələyə özünəməxsus şəkildə münasibət bildirən Tolik Nailə bəzi qadağalar qoymaq da çəkinçədi: "Son zamanlar bəzi müğənnilər özlərinə təsəlli vermək üçün əllərindən gələni edirlər. İlin müğənnisi olurlar, ilin klipləri seçilir. Bununla onlar təsəlli tapırlar. Yaxşı ki, bu facebook sosial şəbəkə var. O cür müğənnilər orda oturub, özlərinə 100 dənə səhifə açıb, səs göndərirlər. Bununla isə onlar ancaq özlərini aldadırlar. Belə müğənnilərə şərayit yaradan isə rejissor Nail Naiboğludur. Mən onun üzünə də telefon açıb, etirazımı bildirmişəm ki, keçirtdiyi "Estrada mahnı yarışması 2012" savadsız bir müsabiqədir. Çünki 2012-ci il hələ 3 aydır başlayıb, Nail isə artıq ilin nəticələrini bildirir. O, bu müsabiqəsinə çalışdığım xalq artisti Aygün Kazımovanın da adını əlavə edib. Mən isə Naildən Aygün xanımın adını çıxarmağı istədim. Çünki Aygün xanımdan əvvəl adını ora qeyd edilən müğənnilər var ki, deyirlər sponsur tapıb klip çəkdirmişik. 100 manat da verib özlərini reklam edib, birinci sıralara keçirməyə çalışırlar. Güya bu addımla onlar Aygün xanımdan daha ön pilləyə keçəyə çalışırlar. Ancaq hər kəs yaxşı bilir ki, kim neçənci yerdədir. Ona görə də biz Aygün xanımla məsləhətləşib, ona öz və Aygün xanımın adından xahiş etdim ki, xalq artistinin adı o siyahıdan çıxarılsın. Mənim müğənnimin adı o siyahıda olmamalıdır, istəmirəm. Mənim müğənnimimlə başqa müğənnilər arasında çox böyük fərq var".

Digər məsələrdən yan keçməyən Tolik baş verən bəzi hadisələrdən də bizi agah etdi: "Həmin Naildi ki, mənə zəng vurub, öz tədbirində fəxri qonaq kimi Aygün xanımın iştirak etməsini istəmişdi. O dəfələrlə bildirib ki, Aygün xanımın onun ədbirində iştirak etməsi onun ən böyük arzusudur".

Açıqlaması zamanı Tarix onu qeyd etdi ki, Azərbaycanda bir Müstəqil mükafat var: " "Qrand" mükafatını hər kəs tanıyır. Bu mükafat isə 26 aprel tarixində Heydər Əliyev adına sarayda keçiriləcək. Həmin gecənin aparıcısı da təbii hər zaman olduğu kimi Aygün Kazımova olacaq. Ancaq Aygün xanımla yanaşı daha bir sürpriz aparıcı da səhnəyə çıxacaq. O insan ömründə ilk dəfə məhz o mərasimdə aparıcılıq edəcək. Bu isə hər kəs tərəfindən maraqla qarşılanacaq. Bu il ki, "Qrand" mükafatı tam fərqli keçiriləcək"-deyə prodüser əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə