Oksana və Elşad evləndi- FOTO-VİDEO

Oksana və Elşad evləndi- FOTO-VİDEO

Dünən paytaxt restoranlarından birində Azərbaycanın tanınmış reperi Elşad Xose ilə rəqqasə Oksana Rəsulovanın toy mərasimi keçirilib. SİA-nın xəbərinə görə, sözügedən məclisi teleaparıcı İlahə Nizamiqızı və aktyor-şoumen Elnur Kərimov idarə edib.

Mərasimdə şou-biznes nümayəndələrinin əksəriyyəti iştirak edib. Qonaqlar sırasında xalq artistləri Nazpəri Dostəliyeva, Faiq Ağayev, Flora Kərimova, əməkdar artistlər Baloğlan Əşrəfov, Firuzə İbadova, Cavanşir Məmmədov, müğənnilər Günel Ələkbərova, Səidə Sultan, Azad Şabanov, Xatun, Natavan Həbibi, Elçin Cəfərov, Xuraman Şuşalı, Xəyalə Manaflı, Rövşən Civişov, teleaparıcılar - Murad Dadaşov, Emin Musəvi, İlkin Həsəni, Cavid Gül, Murad Arif, Şəhriyar Əbilov, Samir Bayramlı, rejissor Kənan M.M, reperlər Anar Nağılbaz, Miri Yusif və başqaları iştirak edib.

Onu da qeyd edək ki, toy mərasimində qonaqların təhlükəsizliyini qorumaq üçün özəl mühafizə xidmətinin 60 əməkdaşı cəlb olunub.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə