9 aylıq fasilədən sonra ilk dəfə səhnəyə çıxacaq

9 aylıq fasilədən sonra ilk dəfə səhnəyə çıxacaq

Türkiyədə fəaliyyət göstərən həmyerlimiz model Günay Musayeva mart ayının 28-də Türkiyənin tanınmış gənc modelyeri Tolqa Çamın "Dream Of The Dresses"‎ adını daşıyan dəfiləsində baş maniken kimi podiuma çıxacaq. SİA-nın xəbərinə görə, İstanbulun tanınmış "Billonere" klubunda baş tutacaq moda nümayişi Fransanın Fashion TV telekanalının dəstəyi ilə keçiriləcək. Günayla yanaşı Türkiyənin tanınmış modelləri Ece Gürsel və Simge Tertemiz də səhnəyə çıxacaq. Ancaq Günay Musayeva dəfilənin sonunda səhnəyə çıxaraq geyimi ilə zalda əyləşənləri şoka salacaq. 8 aylıq hamilə olmasına baxmayaq dəfilədə iştirak etməyə razılıq verən həmyerlimiz üçün modelyer xüsusi geyim hazırlayıb. Günay Musayevanın geyiminin hazırlıq işləri hamiləliyi ilə əlaqədar olaraq atelyedə deyil, onun evində aparılıb. 9 aylıq fasilədən sonra ilk dəfə dəfiləyə çıxan modelyerin libası ağ rəngdə olacaq.

Qeyd edək ki, Günay Musayeva Tolqa Çamın yeni kolleksiyasının nümayişi üçün seçilib. Kolleksiyanın fotoları isə bir çox moda jurnalları üçün fərqli görüntülər çəkən Türkiyənin tanınmış fotoqrafı Serkan Mumcuoğluna həvalə olunub.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə