Şou-biznes əhli Zaqatalıları Novruz münasibəti ilə təbrik ediblər-FOTOSESSİYA
Azərbaycanlı müğənnilər Novruz bayramı münasibəti ilə Zaqatala rayonunda təşkil olunan konsert proqramında çıxış ediblər. SIA-nın məlumatına görə, Zaqatala rayonun İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan konsertdə ən çox əməyi keçən insanlardan biri də məşhur müğənni-bəstəkar Nazim Məmmədov idi.
Elə konserti də Bakı Estrada Teatrının aktrisası Güneylə birgə aparan Nazim Zaqatala sakinlərinə unudulmaz bayram şənliyi nümayiş etdirdi.
Müğənnilər Elton Hüseynəliyev, Nazənin, Elçin Cəfərov, Emin Bədələov və meyxanaçı Vüqarın çıxışı ilə yadda qalan konsert 3 saatdan artıq, açıq havada, qala düzündə keçirilib.
Konsertin sonunda İcra başcısı Mübariz Əhmədzadə hər kəsi təbrik etdi və tədbir iştirakçıları üçün xoş sözlər dedi. O, meyxanaçı Vüqara "Qızıl güllər diyarı" qafiyəsini deyərək meyxana səsləndirməyi istədi. Müğənni Elton isə Vüqarı tək qoymadı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB