Xalq artisti xoşbəxtdirmi?

Xalq artisti Mübariz Tağıyev şanslı insan olduğunu iddia edir. O, işlərindən və ailəsindən söz açıb. SİA-ya açıqlama verən Mübariz bəy bunları deyib: "64 yaşım var və çox xoşbəxtəm. Çünki gözəl ailəm və uğurlu işim var. Bəzi insanlar xoşbəxtçiliyi pulla ölçürlər. Ancaq mən bu fikirlə razılaşmıram. Çünki hər şeyi maliyyə ilə ölçmək olmaz".

Mübariz Tağıyev Azərbaycan da şou-biznesin olmadığını dilə gətirib: "Bizdə şou-biznes yoxdur. Çünki Azərbaycan da şou-biznes deyiləndə toy yada düşür. Ancaq yaxşı estrada ifa edən müğənnilərimiz də var. Onların sırasında Röya Ayxanın, Elnur Məmmədovun, Sevda Ələkbərzadənin, Ayaz Qasımovun adını çəkə bilərəm. Sözügedən ifaçılara dəstək olmaq lazımdır. Çünki onlar istedadlıdırlar", - deyə xalq artisti əlavə edib.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə