Daha bir müğənnimiz Türk şou-biznesinə qoşulur - FOTOSESSİYA

Daha bir müğənnimiz Türk şou-biznesinə qoşulur - FOTOSESSİYA

Gənc müğənni Samrina Hüseynovanın da səsi Türkiyədən gələcək. Müğənnin meneceri Ceyhun Məhərrəmovun SİA-ya verdiyi məlumata görə, bir neçə gün öncə Samrinanın "Gedirəm" adlı mahnısını bəyənən Türkiyənin məhşur müğənnisi Yılmaz Morgül tərəfdən duet təklifi gəlib.

Təklifə düşünmədən razılıq verən müğənni qardaş ölkədən yenicə vətənə dönüb. Səfərin təfərruatlarını media ilə bölüşən Samrina bildirir ki, musiqisi Pərviz Mahmudov, sözləri Aygün İsmayılovaya məxsus "Gedirəm" adlı mahnı bundan sonra adıçəkilən müğənni ilə duet şəklində səslənəcək. Mahnı gələn həftədən sözügedən ölkədə aranjeman olunacaq.

Onu da vurğulayaq ki, mahnının bütün yayımı Türkiyədə baş tutmalıdır. Gələn ayın ilk günlərindən isə mahnıya klip də çəkiləcək. Klip Türk kanallarında yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə