Bu gün əməkdar artist Mətanət İsgəndərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin Bərpa Mərkəzində əlillər üçün konsert verib. SİA-nın məlumatına görə, Novruz bayramı münasibəti ilə keçirilən konsertdə müğənninin ilk mahnısı da elə bayrama həsr olundu.
Xalq artisti bu mərkəzin onun üçün önəmli olduğunu bildirib: \"Bura mənim üçün doğmadır, çünki anam burada müalicə alıb. Buranın bütün həkim heyətinə öz təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, müharibədə yaralanan insanlara əlil demək düzgün deyil. Sizlər bizim fərəhimizsiniz\".
Qeyd edək ki, konsert proqramı əməkdar artistin maraqlı ifaları ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB