Samira da Röya kimi etdi - FOTO

Tanınmış müğənni Samira Allahverdi uzun illərdən sonra ilk dəfə solo konsert verəcək. Hamilə müğənni səhhətindəki dəyişikliklərə baxmayaraq bu layihəni gercəkləşdirməyə tam hazır olduğunu düşüünr.

SİA-nın məlumatına görə, Bakı Cazz Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konsert 24 mart saat 21:00 da başlayacaq.

İfaçı xanım açıqlamasında sevənlərini surprizlərlə dolu "Mən Gəlirəm" adlı solo konsertinə dəvət etdiyini deyərək, bu gecənin möhtəşəm olacağına inandığını vurğuladı.

Onu da qeyd edək ki,konsert canli yayımla Mədəniyyət kanalında yayımlanacaq və müğənnitamaşaçılarına canlı ifası ilə xoş gecə yaşadacaq.

Bakı Cazz Mərkəzində satılan biletlərin qiyməti 50-80 manat arasındadır.

Onu da vurğulayaq ki, bir neçə il öncə ana olmağa hazırlaşan Röya Ayxan da belə addım atmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə