Müğənni: “Bir çox ifaçılarımızın aldıqları fəxri adlar onlara yaraşmır”

Müğənni: “Bir çox ifaçılarımızın aldıqları fəxri adlar onlara yaraşmır”

Azərbaycanlı müğənni Manaf Ağayev fəxri adlar alan müğənnilərdən danışıb. Yenicə "İstəkli vətən oğlu" tituluna sahib olan Manaf həmkarlarının ifasından narazı olduğunu bildirib. SİA-ya açıqlama verən müğənni bunları deyib: "Yaxşı oxuyan müğənnilərimiz hələ də fəxri adlara layiq görülməyiblər. Ancaq bir çox ifaçılarımızın aldıqları fəxri adlar onlara yaraşmır. Çünki əksəriyyətinin sənətdən xəbəri yoxdur. Röyanı bir nömrəli müğənni kimi qəbul edirlər. Bəs sözügedən müğənniyə niyə fəxri adlardan vermirlər?".

Manaf Ağayev həmkarı Əli Mirəliyevin iradlarından da söz açıb: "Əli Mirəliyev kimlərisə tənqid edəndə bir çoxlarının xətrinə dəyir. Ancaq o, insanlara demək istərdim ki, Əlidən incimək lazım deyil. Çünki Əli Miəliyev həqiqətləri deyir"-deyə müğənni fikirlərini tamamlayıb.


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə