Yılmaz Morgül: “Sənət həyatımda ilk dəfə azərbaycanlı bəstəkara müraciət etmişəm”- FOTO
Gənc pupulyar bəstəkar Pərviz Mahmudovun mahnısı daha bir türk müğənnisi tərəfindən ifa ediləcək. Bu barədə SİA-ya açıqlamasında Pərviz Mahmudov deyib. Musiqiçi yeni kompazisiyanın duet olduğunu da əlavə edib.
Sinql özünəməxsus səs tembri və güclü diapazonu ilə seçilən türk müğənnisi Yılmaz Morgüllə gənc azərbaycanlı müğənni Samirə Hüseynovanın (Samrina) təqdimatında eşidiləcək.
Pərviz Mahmudovun sözlərinə görə, "Gedirəm" adlı mahnının sözləri Aygün İsmayılovaya məxsusdur. Yeni duet barədə türk ictimaiyyətinə Yılmaz Morgül özü də danışıb. Türkiyənin "KanalTürk" telekanalında sevilən müğənni Kibariyenin verilişində qonaq olan Yılmaz Morgül sinql barədə məlumat verib.
O kompazisiyanın bu yaxınlarda pərəstişkarlarına təqdim edəcəyini və dünya musiqi bazarlarında da yayımlanacağını deyib. Bu həm də Yılmaz Morgülün sənət həyatında oxuduğu ilk duet ifa olacaq: " Neçə illik musiqi həyatımda ilk dəfə duet oxumaq qərarına gəldim. Bu dueti azərbaycanalı gənc bir star Samirə Hüseynova ilə edəcəm. Bu mahnı Azərbaycanda çox məşhur bir musiqiçi olan Pərviz Mahmudovun bəstəsidir. Onun mahnılarından ibarət sinq hazırlayırıq. İnşallah bu mahnılar dünya çapında da tanınacaq." - deyə Yılmaz Morgül Kibarəyənin proqramında qonaq olarkən açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB