Alla Kuşnirin oriental rəqsi və Brilliant Dadaşovanın “Vokaliz”i
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Hilton" oteldə "Şərq gecəsi" adlı konsert baş tutub. SİA-nın məlumatına görə, konsertdə ukraynalı rəqqasə Alla Kuşnir çıxış edib.
Müxtəlif qeyri adi nömrələrlə tamaşaçıları təəccübləndirən Alla konsertin sonunda həmyerlilərimiz üçün hazırladığı sürprizi təqdim edib. Belə ki, oriental rəqqasə konsertin sonunda Brilliant Dadaşovanın repertuarından "Vokaliz" mahnısının sədaları altında rəqs edib. Bu rəqs tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bunda başqa kosnertdə Fəxriyyə Xələfovanın "Fashion show" və "Brilliant kolleksiya"sı nümayiş olunub. Konsertin aparıcı Zemfira Adigözəlova brilliant əşyanı hərraca çıxararaq, yüksək məbləğə satıb.
Qeyd edək ki, tədbirdə "Eurovision 2008" temsilçimiz Samir Cavadzadə və NEXT qrupunun eks solisti Seyran iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB