Ömrünü səhnəyə həsr edən Faiq Ağayevi daha yaxından tanıyaq - FOTOSESSİYA
Azərbaycan səhnəsində, şou biznesində son illər ilin ən yaxşı müğənnisi adı uğrunda mübarizə, hətta müharibə gedir desək, yəqin səhv etmərik. Bu ad uğrunda kimisi kimisinin bostanına daş atır, kimisi, kiminsə mahnısnı oxuyur, kimisi qalmaqala üstünlük verir, kimisi də elə sənəti ilə məşqul olur. Deyəsən ən düzgün, ağıllı yol elə sənətlə məşğul olmaqdır. Çünki, əsl sənətlə məşğul olanda, peşəkar iş ortaya qoyanda, yaradıcılıq istiqamətində yorulmadan axtarışda olanda uğur qazanmaq çətin deyil. Bu ilin müğənnisi də məhz yaradıcılığı, sənəti, mahnıları ilə birinci olmağı bacarır. Söhbət kimdən gedir? İlin müğənnisindən!
Sosial şəbəkələr vasitəsi ilə aparılan sorğuların nəticəsinə görə, Azərbaycanın xalq artisti Faiq Ağayev ilin müğənnisi seçilib. Təbii ki, bu təsadüfü deyil. Çünki sosial şəbəkə istifadəçiləri istəklərində və seçimlərində azaddırlar. Onlara təsir etmək mümkün deyil. Elə ona görə də seçimlər ədalətli və şəffaf aparılır.
İlin müğənnisi kimdir? Cənab qızıl Şlyageri bir daha tanımağa dəyərmi? deyib xalq artistinin həyat və yaradıcılığını qısa ekskursiya etmək istədik. Niyə qısa? Çünki Azərbaycan estradasında olan müğənnilər sırasında, xüsusilə həmyaşdıları arasında Faiq Ağayev qədər yaradıcılığı zəngin, böyük layihələrə, proyektlərə, rekord konsert proqramlarına imza atan sənətçi çox azdır, bəlkə də yoxdur.
Onun barədə məlumat hazırlayarkən, əslində bir az da çətinlik çəkdik, desək, yəqin ki səhv etmərik. Çünki xalq artistinin 20 ildən artıq yaradıcılıq yolunu bir daha xatırlatmaq, səhnə fəaliyyətində əldə etdiyi uğurları çox olduğundan hər birini sadalamaq mümkün deyil. Bu saysız-hesabsız uğurlar, konsert layihələri, xarici səfərlər, kliplər və bir sənətçinin yaradıclığında önəm daşıya bilən bir çox amilləri qeyd etmək böyük zaman tələb edir.
Bəs kimdir Faiq Ağayev?
O, 29 dekabr 1971-cıildəBakıda anadan olub. Peşəkar səhnəyə1988-ci ildəgələn sənətçi elə ilk addımlarından uğur qazana bilib. Həmin il \"BakıPayızı-88\" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra \"Qızıl Payiz-89\" Respublika müsabiqəsində, Beynəlxalq \"Vitebsk-90\" müsabiqəsində, Beynəlxalq \"Yalta-92\" televiziya müsabiqəsindədəqalib gələrək, hələtələbəikən peşəkar ifaçıkimi də ad qazanıb.
1993-cüildəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmədiplomu iləbitirib. Universiteti bitirdikdən sonra KlavdiyaŞuljenko adına \"Xarkov-95\" Beynəlxalq Retro mahnılar müsabiqəsində və\"QızılŞlyager\" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsindədəqalib gəlib.
Sənətçinin yüksəliş mərhələsi
Bundan sonra Faiq Ağayevin professional səhnəhəyatında yüksəlişmərhələsi başlayır. O, 1996-cıildən Azərbaycan Dövlət Tele-Radio VerilişləriŞirkətinin solistidir. 1995-ci ildəmüğənninin \"Ola bilməz\" adlıilk albomuişıq üzü görür. Bu albomdan sonra 1996-cıildə çıxan \"Səniəvəz eləmir\", 1998-də \"Vəfasızım\", 1999-cüildəburaxılan \"Faiq Ağayev – Seçmələr\", 2000-ci ildə işıq üzü görən "Minilliyin sonu…\" və2002-ci ildəişıqüzügörən \"Tam məxfi\" albomlarımüğənninin diskoqrafiyasını davam etdirir.
1998-ci ildəFaiq Ağayev \"İlin Konserti\" nominasiyasında, 1999-cu ildəisə\"Dəşti \" klipinəgörə\"İlin Klipi\" nominasiyasında \"Humay\" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildəo, \"İlin Müğənnisi\" nominasiyasında \"Grand\" Milli Mükafatınını daqazanır.
2000-ci il oktyabrın 28-dəAzərbaycan Respublikasının Prezidenti HeydərƏliyevin FərmanıiləFaiq Ağayevə Əməkdar Artist fəxri adıverilir.
2000-ci ildə\"İlin Müğənnisi\" nominasiyasında \"Qızıl Mikrofon\" Milli Mükafatınıqazanan Faiq Ağayev, 2001-ci ildə\"İlin Müğənnisi\", \"İlin albomu\" (\"Minilliyin sonu...\") və\"İlin Konserti\" (\"Əsrin vəminilliyin son konserti\") nominasiyalarında \"Grand\" Milli Mükafatın da sahibi olur.
Pərəstişkarlar arasında \"Cənab QızılŞlyager\" adınıqazanan Faiq Ağayev yaradıcılıq fəaliyyətiərzində120-dənçox solo konsert verib.
2007-ci il 7-12 yanvar tarixlərindəHeydərƏliyev Sarayında 5 günlük solo konsert keçirməkləFaiq Ağayev Azərbaycan musiqi tarixindərekord müddət müəyyən etmişolur.
2008-ci ilin 17 sentyabr tarixindəFaiq AğayevəAzərbaycan Respublikasının PrezidentiİlhamƏliyevin Sərəncamıilə Xalq Artisti fəxri adıverilir.
Aktyor Faiq Ağayev…
Xatırladaq ki, Faiq Ağayev aktyor təhsili aldığından, kliplərində də kifayət qədər peşəkar aktyor oyunları nümayiş etdirə bilib. Nəzərə alsaq ki, xalq artistinin kliplərinin əksəriyyətin konkret süjet xəttində çəkilib, Faiqin bu ekran əsərlərində aktyor kimi imkanları da peşəkarlığının göstəricisi sayıla bilər.
Müəyyən mənada onun çəkdirdiyi bəzi kliplər elə mini filmləri xatırladır ki, bu da onun təkcə müğənni kimi deyil, aktyor kimi də uğurlu sənətçi olduğunu sübut edir Yeri gəlmişkən Faiq Ağayev 2 filmdə də aktyor kimi oynayıb.
Xalq artistinin "Qışnağılı" (film, 2002), "Adam ol!" ( 2005) (tammetrajlıbədii film) filmlərinin adlarını çəkmək olar.
Natiq F. Ağayev…
Heç kimə sirr deyil ki, Faiq Ağayevi bir çox həmkarlarından fərqləndirən bir üstünlüyü də var. Xalq artistinin səhnə mədəniyyəti, səhnə plastikası, rəqs bacarığı və digər xüsusiyyətləri də onun peşəkar müğənni statusundan xəbər verir.
Ən önəmlisi isə odur ki, Faiq savadlı, yüksək intellekti, geniş dünyagörüşü ilə seçilən sənətkarlardan hesab edilir. O, eyni zamanda natiq kimi də dəyərləndirilir. Bunu isə Azərbaycan səhnəsində fəaliyyət göstərən 1-2 müğənniyə şamil etmək olar.
Xalq atistinin çox gözəl natiqlik qabiliyyəti var. Müğənni istər müsahibələrində, istər efir zamanı çıxışlarıda, hər hansı məsələ ilə bağlı debatda, diskusiya zamanı yüksək natiqlik imkanlarını sübut edə bilib.
Bəzi sənətçilərimizdən fərqli olaraq xalq artistində sənətçiyə lazım olan bütün xarizmatik keyfiyyətləri görmək mümkündür. Ən əsası isə 20 ildən artıq səhnə fəaliyyətində Faiq Ağayev tamaşaçı tərəfindən sevilməkdən heç vaxt kasadlıq çəkməyib.
Özü sadiq dost olduğu kimi, fanatları da ona hər zaman sadiq olublar. Bu isə müassir zamanda heç də asan deyil
. Zaman dəyişir, insanların zövqü frqlənir, səhnəyə gənclər gəlir, bəstələr yenilənir, deməli bu dinamik sferada ulduz olaraq qalmaq, səhnədə unudulmamaq, tələbatlara cavab vermək müğənni üçün çətinləşir. Zamanla ayaqlaşmaq, müasir dinləyicinin zövqünü oxşamaq, səhnədə performans nümayiş etdirmək isə yalnız iddialı, səsinə güvənən, ifasından əmin olan sənətçinin gücü daxilindədir.
Müğənni hər dönəmdə aktual olmağı bacarıb. Müasir zamanda tamaşaçının zövqünə cavab vermək, qalmaqallarla yox, sənətlə, mahnıları ilə gündəmdə qalmaq, ifası ilə nömrə 1 adını illərlə qorumaq isə hər bir sənətçindən böyük zəhmət, təcrübə, peşəkarlıq , səhnə təcrübəsi tələb edir.
Faiq Ağayev sənəti, səsi, mahnıları ilə sevilə bilib. Bu onun müğənni olaraq ən böyük uğurudur.
Xalq artisti dayanmadan axtarışdadır, yenilik, navatorluq onun ruhundan xəbər verir. Onunla həmsöhbət olmaq hər zaman qarşı tərəf üçün maraqlı olub. Mətbuatın da sevdiyi müsahiblərdən sayılan Cənab Qızıl Şlyagerlə həmsöhbət olmaq hər zaman xoş olub. Yeri gəlmişkən qeyd edək ki, Ağayevhəm də "Mətbuatın dostu" nominasiyasına da layiq görülüb.
Ən əsası odur ki, zamanında bir çox streitipləri qıran Faiq Ağayev də bu gün də sevilir. Fanat ordusuna sahib xalq artisti heç bir tamaşaçısının əziyyətini itirmir.
Xüsusi olaraq SİA üçün Tahirə Məmmədqızı və Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB