“Eurovision” iştirakçısı məşhur müğənnilər üçün mahnı bəsətələyəcək

“Eurovision” iştirakçısı məşhur müğənnilər üçün mahnı bəsətələyəcək

"Eurovision-2012" milli finalının iştirakçısı Fəqan Səfərov yeni mahnısını təqdim edib. Müğənnin SİA-ya verdiyi məlumata görə, mahnı rus dilində səslənir. "Я схожу с ума" ("Mən dəli oluram") adlı mahnını Fəqan ilk dəfə "Eurovision"nun milli final yarışmasında ifa edib. Mahnının tamaşaçılar tərəfindən sevildiyini anlayan müğənni Moskvaya, musiqini yazdırmağa yollanıb.

"İfa etdiyim "Mən dəli oluram" mahnısı mənim həyatımdan bəhs edir. Mahnının üzərində isə Rusiyanın məşhur bəstəkarı olan İqor Krutoyun komandası çalışıb".

Fəqan açıqlaması zamanı qeyd etdi ki, yaxın zamanlarda yeni mahnı və albom üzərində də çalışacaq.

Fəqan onu da əlavə etdi ki, o, özünü bəstəkar kimi də sınayacaq. Müğənni məşhur ifaçılar üçün mahnı bəsətələyəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə