Azərbaycan əsilli və özünü İstanbulun məşhur modelyeri kimi təqdim edən Ramazzo Roma saxlanılıb. SİA türk mətbuatına istinadən xəbər verir ki, Türkiyədə insan alveri ilə məşğul olan modelyerlə birgə 10 nəfər şəxs də polislər tərəfindən saxlanılaraq həbs ediliblər.
İstanbul polisindən bildirilib ki, saxlanılan şəxslər xarici ölkələrdən Türkiyəyə qeyri-qanuni yollarla qadınların gətirilməsi, əxlaqsızlıq yuvalarının təşkili və digər çirkin əməllərlə məşğul olublar. Ramazzo isə "İnsan alveri və qadınları fahişəliyə cəlb etmək"də günahlandırılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Ramazzo barəsində mətbuatda geniş məlumatlar yayılıb. Modelyer isə bunları təkzib edərək, xəbərlərin Günay Musayeva tərəfindən qəsdən yayıldığını iddia edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB