Türkiyəli fəaliyyət göstərən model Günay Musayeva Xocalı soyqrımının 20 illiyi ilə əlaqədar keçirilən yürüş mitinqdə iştirak edib. SİA-ya açıqlama verən həmyerlimiz faciə haqda danışıb: "Son günlər Fransada Türklərin qondarma soyqrım iddialarını tanıması cəfəngiyatdan başqa bir şey deyil. Əsl soyqrım Ermənilərin Xocalıda törətdikləridir. Mən də vətənini sevən biri kimi yürüşə qatılıb şüarlar səsləndirdim. Məncə bütün dünya Xocalı soyqrımını tanımalıdır. Ermənilərin bu əməlləri cavabsız qalmamalıdır. Taksim meydanındakı birlik məni azərbaycanlı kimi çox duyğulandırdı. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Xocalı soyqrımına türklərin belə reaksiya verməsi və hər zaman bizi dəstəkləməsi qürurvericidir"-deyə bildirib.
Qeyd edək ki, 200 mindən çox insanın qatıldığı yürüşdə Azərbaycanın xalq artistləri Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Azərin, eləcədə İradə İbrahimova, Azəri qızı Günel, aktrisa Məlahət Abbasova, balaban ustası Əlixan Səmədov, Türkiyədə yaşayan rəssam və musiqiçilər iştirak edib.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB