"Canlı səs" yarışının növbəti qonaqları bir-birindən çox fərqli simalar - meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Faytonçu Nazimdir. SİA-nın məlumatına görə, ATV telekanalında yayımlanan "Canlı səs" teleşousunun layihə rəhbəri və aparıcısı Mirsalam Mirsalamovun qonağı olan ifaçılar fərqli ifa üslubuna malik olduqları üçün birgə döyüş meydanına çıxmaqları ilə tamaşaçıları təəccübləndirə biliblər. Veriliş zamanı bütün suallara cavab tapan iştirakçılar fərqli şou nümayiş etdirməyi bacarıblar. "Canlı səs" verilişi bu gün saat 21:00-da videoyazı ilə efirə çıxacaq. "Canlı səs"də ekspert qismində jurnalistlər iştirak ediblər. İştirakçılar isə media əhlinin suallarını cavablandıraraq "imtahandan" uğurla keçmiş olublar.
Qeyd edək ki, proqram başlayan kimi səhnədə bir-birinə rəqib olan müğənnilərin adlarına açılan SMS nömrələri elan edilib. 2 saatlıq yayımı zamanı ən çox səs toplayan müğənni də qalib olacaq. Bizim dilimizlə desək "N &N" şounu siz də qaçırmayın.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB