Dünən \"Toylar kralı\" müsabiqəsinin qalibi Manaf Ağayevin "Vətən oğlu" mahnısına çəkdirdiyi klipin təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, "Vətən oğlu" mahnısının sözləri Ağaquluya, musiqisi isə Musa Musayevə məxsusdur. Klipin rejissoru Nail Naiboğludur.
"Vətən oğlu" klipi Azərbaycanın vətənpərvər oğullarına, torpaqlarımızın müstəqilliyi uğrunda canlarından keçən Mübariz İbrahimov, Fərid Əhmədov, həbsxana həyatı sürən Ramil Səfərovun timsalında bütün şücaətli Azərbaycan igidlərinə həsr olunub. Klipdə onların həyatından bəzi məqamlar yer alıb.
Gördüyü işinə görə
qələm əhlindən xeyir-dua alan Manafa jurnalist
dostlarından biri də sürpriz edib. Təqdimat mərasimində dadılan
tortun üstündə qırmızı rəngdə \"İstəkli Vətən oğlu Manaf Ağayev -
təbriklər!" sözləri yazılıb. Sənətçi yeni "İstəkli Vətən oğlu" titulunu ona
yaraşdıran dostunun bu jestindən xəbərsiz olduğu üçün xoş sürprizi sevinclə
qarşılayıb.
Qeyd edək ki, tədbirin sonunda Manaf
Ağayev jurnalistlərə Azərbaycana layiqli oğulları sırasında
adının çəkilməsinə görə öz təşəkkürlərini
bildirib. Müğənni onu da vurğulayıb ki, son
aylar ərzində yaradıcılığı üzərində daha məhsuldar çalışacağına vəd edib.
Ceyran Əsgərqızı
Foto: Türkan Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB