Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında rejissor Nail Naiboğlu və prodüser Pərviz Oqtayoğlunun yaradıcılıqlarının 7 illiyinə həsr olunan "Bu yaş nədir?" adlı qala konserti keçirilib. SİA-nın məlumatına görə, bu gün sözügedən konsertin davamı baş tutub. Gecənin aparıcısı isə İlahə Nizamiqızı idi.
Mərasimdə hər iki səbəbkarın bu illər ərzindəki fəaliyyəti, klipləri və digər işləri nümayiş olunub.
Konsertdə Əflatun Qubadov, Manaf Ağayev, Əlikram Bayramov, gənc ifaçı Rafael, Kəmalə Qaramollayeva, Cahangir Qurbanov, Roza Zərgərli, Leyla Ramazanlı, "Elitstar" ləqəbli Cəmilə, Zarina, Yaşar Cəlilov, Rüfət Axundov, rəqqasə Fatimə, Elçin Cəfərov, öncə görücü Yeganə kimi ulduzlar çıxış edib.
Qeyd edək ki, hər zaman konsertləri təşkil edən səbəbkar Nail Naiboğlu bu dəfə zalda qonaq qismində əyləşmişdi. Səhnəyə çıxan qonaqlar ifaları ilə yanaşı təbriklərini də səbəbkara çatdırırdılar.
Onu da qeyd edək ki, Nail Naiboğlu 8 mart beynəlxalq qadınlar günü üçün Lider Tv üçün qala konsert də çəkmiş oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB