Bir gündə Uitni Hyustonun adı ilə yüzlərlə domen adı qeydiyyatdan keçirib
Hyuston adı ilə olan bir çox domen adları dünyanın ən böyük internet-hərraclarından olan "Ebay.com"-da hərraca çıxarılıb. Məsələn, "WhitneyHoustonHeartAttack.com" domenini almaq üçün 21 milyon dollar və yaxud "InMemoryofWhitneyHouston.com" domenini almaq istəyən isə 990 min dollar xərcləməli olacaq. Domen adlarının satışı ciddi biznesdir. "Most-expensive.net" saytının statistikasına əsasən, hazırda ən bahalı domenlərdən biri 2009-cu ildə 16 milyon dollara satılmış "Insure.com" domenidir. Hyuston ən çox mükafata malik aktrisa kimi "Ginnesin rekordlar kitabı"na düşüb. O, yaradıcılıq fəaliyyətinə 11 yaşında başlayıb və bütün yaradıcılıq fəaliyyəti ərzində 6 \"Qremmi\" mükafatı, 15 "Billboard Music Awards" mükafatı, 21 "American Music Awards" mükafatı, 2 "Emmy" mükafatı və s. mükafatlar alıb.
Qeyd edək ki, Hyuston Beverli-Xillzdə "Beverly Hilton" mehmanxanasının nömrəsində bazar günü gecə 48 yaşında dünyasını dəyişib. Müğənninin ölüm səbəbi haqqında indiyə kimi rəsmi informasiya verilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB