İlahə İbadova “Sarı gəlin”i dünyaya necə tanıdacaq?-FOTO

İlahə İbadova “Sarı gəlin”i dünyaya necə tanıdacaq?-FOTO

Ermənilərin ən çox mənimsəmə hədəfindən biri olan "Sarı gəlin" xalq mahnımızı xanəndə İlahə İbadova lentə yazdırıb. SİA-ya açıqlama verən xanəndə bunları deyib: "Mahnıya fərqli yanaşmışam. Çox zaman ifaçılar balabanın müşayiəti ilə səsləndirdikləri xalq incimizi tarın müşayiəti ilə oxudum. Ən əsası isə mahnı klassik üslubda yazılıb. Bunu etməkdə məqsədim var. Çox zaman bizim söz təbliğatımız ünvanına çatmır, çatsa belə yad qüvvələr onu eşitməməyə çalışırlar. Mən bunu səs imkanlarımda göstərmək istədim. Mahnıdakı klassikliyi qorumaq şərti ilə onu lentə yazdırdım. Yeniliklərimin davamı olacaq. Artıq rejissora diski təqdim etmişəm. Mahnını dinləyib mahnının ekran variantı üçün ssenari yazsın. Onu da deyim ki, dost insanların köməyi ilə tanıdığımız, əlaqə yarada bildiyimiz əcnəbi tele-şirkətlərə klipi yayımı üçün təqdim edəcəyik. Onun eşidilməsi və izlənilməsi üçün əlimdən gələni edəcəm" - deyə xanəndə bildirib.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə