Dünən Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında rejissor Nail Naiboğlu və prodüser Pərviz Oqtayoğlunun yaradıcılıqlarının 7 illiyinə həsr olunan "Bu yaş nədir?" adlı qala konserti keçirilib. SİA-nın məlumatına görə, gecənin aparıcısı İlahə Nizamiqızı idi.
Mərasimdə hər iki səbəbkarın bu illər ərzindəki fəaliyyəti, klipləri və digər işləri nümayiş olunub.
Konsertdə əməkdar artistlər Abbas Bağırov, Lalə Məmmədova, Mətanət İsgəndərli, Cavan Zeynallı, Elxan Şirinov, müğənnilər Elnur Məmmədov, Natavan Həbibi, İzzət Bağırov, Nadir Qafarzadə, Ayan Babakişiyeva, Nüşabə Ələsgərli, Niyam Səlami, Nazənin, Kəmalə Qaramollayeva, Xəyalə Manaflı, Sevinc Musayeva, Yaşar, Cahangir Qurbanov, gənc ifaçı Rafael, bəstəkar Nazim Məmmədov, kimi ulduzlar çıxış edib.
Qeyd edək ki, hər zaman konsertləri təşkil edən səbəbkar Nail Naiboğlu bu dəfə zalda qonaq qismində əyləşmişdi. Səhnəyə çıxan qonaqlar ifaları ilə yanaşı təbriklərini də səbəbkara çatdırırdılar.
Onu da qeyd edək ki, dünən keçirilən mərasimin bu gün davamı olacaq.
Foto müəllifə məxsusdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB