Nisə Qasımova: “Bu gün mənim yaddaşımdan heç vaxt silinməyəcək”- FOTOSESSİYA
Lider TV-də Zaur Nəbioğlunun təqdimatında yayımlanan "Rəngarəng" verilişinin növbəti qonağı xalq artisti Nisə Qasımova oldu. SİA-nın xəbərinə görə, müğənni bəzi aparıcılardan incidiyini açıqlayıb: "Bir çox jurnalistlər var ki, minnətlə verilişlərinə çağırırlar. Ona görə də hər verilişə getmirəm. Ancaq Zaur səndən çox razıyam. Çünki Azərbaycanın əsl sənətkarlarını verilişinə dəvət edirsən və hər dəfə bu verilişə baxanda zövq alıram".
"Rəngarəng" verilişi xalq artistinə sürpriz edərək ad gününü qeyd edib. Verilişin aparıcısı Nisə xanımın həmkarlarını başına yığaraq tort kəsiblər. Xalq artisti bundan təsirlənərək bu sözləri deyib: "Bu gün mənim yaddaşımdan heç vaxt silinməyəcək".
Qeyd edək ki, "Rəngarəng" veriliş Ulduz productionun təşkilatçılığı ilə hər həftənin cümə günü saat 21:00-da yayımlanır.
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB