"Bu il qar topu oynamısınızmı?"
Bakımıza gözəl qar yağıb. Qarın yağmasını nəzərə alaraq şou-biznes nümayəndələrinə "Bu il qartopu oynamısınızmı?" sualını ünvanladıq. SİA olaraq sorğunu sizə təqdim edirik.
Xuraman Şuşalı: "Bu il qartopu oynamışam və mənə xeyli qar yedizdiriblər".
Aynişan Quliyeva: "Xeyir bu il qartopu oynamamışam. Hava soyuq olduğundan çölə çıxmamışam. Çünki soyuğa dözümüm yoxdur. Tez-tez xəstələnirəm. Ailəliklə evdəyik".
Xatirə İslam: "Bir azdan çıxıb qartopu oynayacam. Axşam qartopu günümdür".
Tunar Rəhmanoğlu: "Bu il heç kimdən geri qalmayaraq məndə qartopu oynamışam".
Hüseyn Dərya: "Qarlı hava mənə xoş gəlsə də ancaq hələ ki, qartopu oynamamışam".
Əli Mirəliyev: "Nəvələrimlə bu il xeyli qartopu oynamışam".
Nadir Qafarzadə: "Xeyir bu il qartopu oynamağa vaxt tapa bilmədim. Çünki başım işlərimə qarışıb".
Ceyran Əsgərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB