Günay Musayevanın əri ilə yaxalanan qadın: “Tolqanın şalvarı tez-tez əynindən düşürdü” - FOTO

Günay Musayevanın əri ilə yaxalanan qadın: “Tolqanın şalvarı tez-tez əynindən düşürdü” - FOTO

Modelyer Gülşah Tolqa Karel və Günay Musayevanın hiyləsinə düşdüyünü deyib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 20 yaşlı modelyer Tolqanı bir ilə yaxındır tanıdığını və həmin gecə aktyor Tolqa tərəfindən gəzməyə dəvət edildiyini bildirib: \"Həyat yoldaşı Günay Musayeva ilə də həmin gecə tanış oldum. Məkanların birində əyləşdik. Çıxışda isə Günay başqa maşına mindi. Maşında gözləyərkən Tolqa media nümayəndələrinə müsahibə verirdi. Yolda isə Günay bizim maşına mindi. Sonra \"Mən evə gedəcəm\" deyərək maşından düşdü. Taksiyə minərək uzaqlaşdı\", - deyə model bildirib.

Gənc model başına gələnləri ağızdolusu danışmaqdan çəkinmədi: \"Başqa məkana getdik. Ancaq Tolqa idman geyimində olduğu üçün içəri buraxmadılar. O, köməkçisinin şalvarını geyinərək içəri daxil oldu. Tolqanın şalvarı tez-tez əynindən düşürdü. Sərxoş olduğu üçün ayaq üstdə dayana bilmirdi. Mən də Tolqaya kömək etmək üçün şalvarını tutdum. O, isə məni özünə tərəf çəkdi və öpdü. İndi anlayıram ki, kameraları Tolqanın özü çağırıb. Məni tələyə salmaq istəyirmişlər. Qurduğu oyuna məni də alət etdi".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə