“Sənin kimi” - MÜSAHİBƏ

Daima gənc istedadlara dəstək göstərən xalq artisti Flora Kəromovanı tezliklə daha bir gənc ifaçı ilə bir arada görəcəyik. Hazırda Flora xanımla "Sənin kimi" dueti üzərində çalışan Rəmal Rəsulun SİA-ya müsahibəsi zamanı yeni mahnısı və görəcəyi işlərdən danışdı.

- Flora xanımla iş birliyiniz nə vaxtdan başlayıb?

- Flora Kərimovanın yaradıcılığına və özünə vurğunam. Flora xanım canlı karifeydir. Azərbaycanda Flora Kərimovadan başqa sənətçi görmürəm. Ümid edirəm ki, duetlərim yenə də Flora xanımla olacaq. Səsim Flora Kərimovayla eyni diskdə səslənərsə onda anlayacam ki, mən Azərbaycan estradasına lazımam. Hazırda Flora xanımla "Sənin kimi" dueti üzərində çalışırıq. Mahnının sözləri və musiqisi Tural Bakuviya aiddir. Sözügedən mahnının oranjimanı isə mənə məxsusdur. "Sənin kimi" dueti işiq üzü görən kimi Flora xanımla yeni duet oxuyacağıq. Bu yaxınlarda klip çəkilişləri də olacaq. Ancaq nə zaman olacağını dəqiq bilmərəm. Klipimi istedadlı tanınmamış rejissora həvalə edəcəm.

- Çox vaxt sizi Ramal İsrafilovla səhv salırlar. Bu sizə xoşdur, yoxsa əksinə?

- İnsanlara Rəmal adı qəribə gəlsə də adımın qalmaqallarda hallanmasını istəmirəm.

Hər yaradıcı insanın öz kütləsi var. İstəməzdim ki, kiminsə pərəstişkarları məni sevsin. Məni dinləyən insanlar zövqlü və savadlıdırlar.

- Tural Bakuviyə müraciət etməyinizin səbəbi nədir?

-Turalla yaxın ünsiyyətimiz var. Eyni zamanda Tural bəstəkar və şair kimi məni çox qane edir. O, insan mənim fikirlərimi tamamlaya bilir.

-Bildiyimizə görə, muğam da ifa edə bilirsiniz? Niyə muğama yox estradanı seçdiniz?

-Muğam azərbaycanlı musiqiçi üçün açar deməkdir. Ustad xanəndələrimiz Azərbaycanı hər yerdə təmsil edirlər. Azərbaycan muğamları dünyanın hər yerində tanınır. Ona görə də özümü estrada da sınamaq fikrinə düşdüm. Azərbaycan estradası boşluq içərisindədir və böhran yaşayır. Hamı bir-birini təkrar edir. Gənc olmağıma baxmayaraq artıq mənim yolumu gedən gənclər var.

- Estrada ifa edən müğənnilərdən sizi nə fərqləndirir?

-Bizim estrada da artıq Rəmal Rəsul var. Müəyyən kütlə Rəmal Rəsulu sevir və hissi edirlər ki, indi estrada oxuyanlardan fərqlənirəm.

- Özünüzə rəqib gördüyünüz ifaçı var?

-Özümə heç kimi rəqib görmürəm. Çünki heç kimlə rəqabət aparmıram.

-Müsabiqələrə münasibətiniz?

- Uşaqlıqda müsabiqədə iştirak etmişəm. Ancaq indi "Yeni ulduz" və "Azəri star" kimi müsabiqələrə qatılmaq fikrim yoxdur. O adları üzərimə almaq istəməmirəm. Mənə bir çox qruplardan da təkliflər gəlib. Ancaq qəbul etməmişəm.

-Şou-biznes nümayəndələrinin çoxunun ləqəbi var. Bəziləri heyvan adlarından belə istifadə edir. Sizin ləqəb götürmək fikriniz yoxdur?

-Şou-biznes aləminə heç zaman zoopark kimi baxmamışam. Şou-biznes aləminə də qatılmaq fikrim də yoxdur. İfa etdiyim mahnılarla insanların zövqünə oxşamaq istəyirəm. Hansısa proyektimi ərsəyə gətirmək üçün gecəmi-gündüzümə qataraq dayanmadan çalışaram.

-Şou-biznes aləminə qatılmaq üçün bir çox dırnaq arası müğənnilərimiz qalmaqalla gündəmə gəlirlər. Rəmal Rəsul gənc ifaçı olaraq bu kimi müğənnilərə necə baxır ?

-Qalmaqalla gündəmdəmdə qalmaq olmaz. Hər kəs öz işi ilə yaddaşlarda qalsa yaxşı olar. Öz sənətimlə məni sevənlərində yaddaşlarında qalmaq istərdim.

-Bəzi müğənnilər tele-kanallara çıxaraq bir-birlərini təhqir edirlər. Ancaq bir müddətdən sonra onları bir arada görürük. Sizcə bu doğrudurmu?

-Məncə onların bu hərəkəti reklam xarektari daşıyır. Əgər onlar dalaşmaqla gündəmdə qalmağı bacarırlarsa davam etdirsinlər.

-Toylara gedirsiniz, necəyə?

-Bəli gedirəm. Çünki bizim qazancımız toylardan çıxır. Ancaq oranjimandan etdiyim mahnılardan da pul alıram. Qiyməti isə dəqiq deyə bilmərəm. Qiymətlər işin keyfiyyətindən asılı olaraq dəyişir. Oranjimanlarımda da qiymətlər dəyişir. Pul mənim üçün ikinci dərəcəlidir. Sadəcə olaraq pul yaşamaq üçün lazımdır. Elə toy olub ki, pul almamışam.

-Şou-biznesə ilk addım atan müğənnilərin produseri olur. Bəs sizin necə?

-Produserim yox təşkilatçım var. Bütün piyar işlərimlə Orxan Abbasov məşğul olur. Azərbaycanda produser vəzifəsini yerinə yetirən şəxs yoxdur. Produser Avropa ölkələrində olur. Toy və konsert danışmaq produserlik etmək demək deyil.

Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə