Azərbaycanlı müğənni həmkarlarından danışdı - FOTOSESSİYA

Azərbaycanlı müğənni həmkarlarından danışdı - FOTOSESSİYA

Şou-biznesin xanım ifaçılarından olan Roza Zərgərli yeni işlərindən danışıb. SİA-ya açıqlama verən Roza xanım bu yaxınlarda tamaşaçılarını sevindirəcəyini bildirib: \""Eşqimin köləsi" adlı mahnıma klip çəkdirdim. Yaxın vaxtlarda "Sənə əlvida" albomum işiq üzü görəcək. 2 duet üzərində işləyirəm. Uşaqlarla birgə yeni mahnı ifa etdik və həmin mahnıya klip çəkdirəcəm".

Müğənni bəzi müğənnilərdən də söz açdı: "Bəzi həmkarlarım var ki, qalmaqalla gündəmdə qalmaq istəyirlər. Ancaq onlara məsləhət görərdim ki, öz işləri ilə seçilsinlər. Artıq Azərbaycan şou-biznesinə dava-dalaşla gündəmə gəlmək dəbdən düşüb".

Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə