İlk 12 bölümü efirə getdikdən sonra Rusiyada "Muhteşem yüzyıl" serialının yayımına qadağa qoyulub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiyanın "Domaşnıy" kanalı vasitəsilə nümayiş olunan serial heç bir açıqlama verilmədən və səbəb göstərilmədən yayımdan çıxarılıb. İddialara görə, serial seçim öncəsi milliyyətçi hissləri qabartmaq istəyən Kreml rəhbərliyini narahat edib və televiziya kanalına "Osmanlını tərifləyən və tarixi təhrif edən bu serialı dayandırın!" təlimatı verilib.
Serialın yayımı dayandırıldıqdan sonra rus tamaşaçıları etiraz kampaniyasına başlayıb. Onlar internetdə serialın yenidən yayımlanması üçün saytlar yaradıblar. Kanal isə etirazlara cavab olaraq. "100 seriyanı bir anda yayımlaya bilmərik. Bir az ara verəcəyik. Yeni seriyalar üçün may ayını gözləyin!",- deyərək açıqlama verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB