Azərbaycanın tanınmış müğənnisi Emin Bədəlov indi də aktyor olmaq arzusuna düşüb. Müğənninin yaxın ətrafından SİA-ya verilən məlumata görə, Azərbaycanın məşhur aktyorları Yaşar Nuri və Fuad Poladovla yanaşı, məşhur rus serialı \"Zona\"nın əksər aktyorlarının da yer aldığı filmdə baş rol Eminə həvalə olunub.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən \"Mən evə qayıdıram\" adlı filmin çəkilişləri yaxın üç-dörd ayda tamamlanmalıdır. Çəkilişlər Bakıda, Kürdəmir rayonunda və Rusiyada aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB