Azərbaycanın əməkdar artisti, müğənni və bəstəkar Elza Seydacahan yeni klip çəkdirməyi düşünür. Müğənninin SİA-ya verdiyi məlumata görə, klip fərqli bir məhsul olacaq.
Məhsulun fərqini açıqlamayan və klip hansı mahnıya çəkiləcəyini belə gizlədən Elza xanım bunları hələ ki sirr saxlamaq istəyir: "Sürpriz olaraq qalsın. İnşallah, tamaşaçılarım bəyənər".
Hisslərini bölüşən müğənni bəzi etiraflar da etdi: "Bilirəm, bu klipim də tənqid olunacaq. Əslində mənim proyektlərim bir çoxları üçün gülməli gəlir. Deyirlər ki, mənim başım xarabdır. Amma mənim üçün bunlar önəmli deyil. Əsas işimdir. Öz işimdən isə razıyam. Mən yenə də tamaşaçılarımı qeyri-adi yeniliklərimlə sevidirəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB