"TRT Avaz"ın təşkilatçılığı ilə "Avrasiya ulduzu" adlı səs və bacarıq yarışması keçiriləcək. SİA-nın məlumatına görə, yarışma bu il müstəqilliklərinin 20-ci ilini qeyd edən türk ölkələrinə həsr olunur.
Türk dünyasının ortaq musiqi və bacarıqlı ulduzunu seçmək məqsədilə keçiriləcək yarışmada 6 ölkənin iştirakı nəzərə tutulub. 6 ölkədən 6 finalçı seçiləcək. Finallar qardaş ölkələrin televiziyalarında birgə yayımlanacaq. Daha sonra keçiriləcək final mərhələsində "Avrasiya ulduzu" müəyyən ediləcək.
"Avrasiya ulduzu"nun final gecəsi bu həftənin şənbə günü Türkiyədə keçiriləcək. Final gecəsində münsiflər heyətinin kürsüsündə tanınmış türk sənətçiləri ilə yanaşı, Azərbaycanın əməkdar artisti Azərin də oturacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB