Tarkan yeni ilə Bakıda qarşıladı. Konsertdən bir gün öncə Bakıya gəlmiş Tarkanı azərbaycanlı fanatları sevgi ilə qarşılayıb. Gecə yarısı səhnəyə çıxan meqastar 2 saata yaxın konsert proqramı ilə çıxış edib.
SİA-nın məlumatına görə, səhnəyə qırmızı rəngli pencəklə çıxan meqastar səhnədə bayram əhval-ruhiyyəsi yaradıb. Tarkanın göstərdiyi şoular böyük maraq və alqışla qarşılanıb. Meqastar 2012-ci il arzularını da dilə gətirib: "2012-ci il siz azərbaycanlı qardaşlarımıza və bütün dünyaya sülh gətirsin. Dünyada sülh olarsa, hər şey çox gözəl olar. Yeni İldə yeganə istəyimiz hər kəsin ürəyi istədiyi kimi yaşamasıdır. Hamınıza sağlıqlı, sevincli bir il diləyirəm. Sizi çox sevirəm".
Qeyd edək ki, Tarkan bir gecəlik səhnədə olması üçün 500 min manat qonorar alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB