Gənc müğənni: “İbrahim Tatlısəslə bir səhnəni Azər Güneldən öncə paylaşmışam” - MÜSAHİBƏ-FOTOSESSİYA
SİA-nın bu dəfəki həmsöhbəti gənc müğənni, "Yeni Ulduz" müsabiqəsinin yaddaqalan iştirakçılarından olan Nicat Məhərrəmov oldu. Nicatla söhbətimiz zamanı ona da əmin olduq ki, Azərbaycanın gənc ifaçıları arasında intelektual səviyyəsi, yüksək əxlaqi dəyərləri, səhnə mədəniyyəti ilə seçilənləri az deyil. Əslində buna sevindik. Çünki müsahibimiz təvəzökarlığı, sadə eyni zamanda dərin təfəkkürü bizlərdə xoş təəsurat yaratdı.
- Bu sahə kənardan başqa cür görünür. Daha şan-şöhrətli, daha dəbdəbəli, daha qlamur... Amma içinə vardıqca görürsən ki, əslində bu sahənin çirkabı da, çətinlikləri də çoxdur. Peşman deyilsən ki, gəncliyinin ilk pilləsində məhz bu sahəyə üstünlük verdin. Yəni artıq sən də bu çirkabı az-çox görürsən.
- Əlbətdə, bu sahə heç də görünüyü kimi deyil. İnsan o qədər şeylər görür ki, bəzən lap iyrənirsən. Görürsən ki, efirdə başqadılar, kənarda tamam başqa. Misal olaraq indi ad çəkmək istəmirəm, amma çox tanıyıram elələrini. Mənim çox adamla əlaqəm var. Görürsən ki, çağırırlar. Ancaq mən gedib bir kənarda oturaraq sadəcə müşahidə edirəm. Efirdə bir söz deyib, kənarda başqa, üzə-üzə gələndə isə tamam başqa şeylər danışırlar. Bir-birilərini görəndə özlərini elə aparırlar ki, güya heç nə yoxdur.
- Qorxmursan ki, belə münasibət sənə qarşı da ola bilər?
- Yox, mən o pərdəni aradan qaldırmaram axı. Sərhəd saxlamağı həmişə xoşlamışam. Hər kəslə sərhəd saxlayıram. Fikirlərimi tam izah edə bilmirəm. Amma bir az yola vermək sohbəti var. Bilirəm ki, bəzilərinə imkan versəm, gəlib mənim başımda oturacaq. Baxmayaraq ki, 23 yaşım hələ təzə tamam olub. Amma çox şeylər görmüşəm. Zaman elə gətirir ki, hərə bir pillədə yerini tutur, hamısına da uğurlar arzulayıram. Oxumaq həvəsi isə mənə anam tərəfdən gəlib. Hər zaman anam mənə dəstəkləyərək "oxu, oxu, səsin var" deyib. Açığı, mən heç vaxt bu sənəti xoşlamamışam.
- Belə çıxır ki, bu sənəti özün seçməmisən. oxumaq istəmirdin ki?
- Yox, əslində istəməmişəm, çünki utanırdım, çəkinirdim. "Yeni ulduz" a da məni anam göndərib.O mənim səsimi, istedadimi gördüyü üçün mənə dəstək olmağa çalışdı. Təbii ki, atam da mənim səhnədə olmağıma etiraz etməyib. Yəni ailəmin xeyir duası olub.
- Nicatı ən çox Xatirə İslamın duet ortağı kimi tanıyırlar…
- Dueti oxuyanda bilmirdik ki, mahnı tutacaq yoxsa yox. Hazırda biz "Xəbər alsan" adlı yeni mahnıya növbəti duet də yazdırdıq. Sadəcə olaraq bu duet mənim əsgərlik vaxtıma düşdü. Əsgərlikdə olduğum üçün Xatirə xanım bu mahnını tək oxumalı oldu. Hətta Elgiz Əkbərlə bayram proqramlarının birində "Xəbər alsan" duetini ifa edib.
- Bəs Elgizlə oxuyandabəs qısqanmadınmı ?
- Qətiyyən qısqanmadım. Çünki əsgərlikdə olmuşam. Ancaq duet ilk dəfə mənimlə oxunub. Xatirə xanım həmin mahnını Elgiz Əkbərlə və Rüfət Axundovla da ifa edib. Xatirə İslam konsert verməyə hazırlaşır. Dekabr ayının 25-i Beynəlxalq Muğam mərkəzində konserti olacaq.
- Konsertdə sən də olacaqsan? Yəni, duet konsertdə təqdim olunacaqmı?
- Duet orada təqdim olunmayacaq. Çünki konsert muğam üzərində qurulub. Xatirə xanım konsertdə tək oxuyacaq. Konsertdə məndə olmalı idim. İşlərimlə əlaqədar olaraq qatıla bilməyəcəm. Çünki dekabr ayının 23-ü Moskvaya getməliyəm.
- Səfərin işgüzar olacaq ?
- Xeyr. Yeni il konserti ilə bağlıdır. Getməyim sual altındadır.
- Yeni ili Moskvada keçirtmək fikrin var ?
- Dostlarımla yeni ili Moskvada keçirtmək istəyirəm. Qismət olsa, gedəcəm. Xatirə xanımın konsertinə görə qalmışam. Ancaq konsertdən sonra getmək istərdim. Konsertin dəvətnamələrinin təbliğatını mən edirəm.
- Şou-biznes aləmində kimlərlə dostluq münasibətin var?
- Bütün müğənnilərlə aram yaxşıdır. Ancaq mənə yaxın olan Elton Hüseynəliyev, Anar Mədətov, Elçin Cəfərovdur. Ancaq söhbət sırf dostluqdan gedirsə, dostlarım çoxdur.
- Bəzi müğənnilərimiz kimi ulduz olmaq niyyətin varmı ?
- Bəli, ulduz olmaq niyyətindəyəm. Çünki şou-biznes aləmində oxuya bilən və bilməyən deyir ki, məndən yoxdur. Amma kənardan müşahidəçi kimi baxırsan insana xoş gəlmir. Yaxşı olar inşallah.
- Bəyəndiyin və pərəstiş etdiyin səslər var yəgin. Türk və ya Azərbaycan şou-biznesində kimlərin adını çəkə bilərsən ?
- İbrahim Tatlısəsin sənətinə böyük hörmətim var. Mən onunla bir səhnədə də oxumuşam və onunla birgə şəkillərim də var.
- İmperatorla eyni səhnəni paylaşmaq necə hissdir ?
- Balaca olanda eyni səhnəni paylaşmışam. Eyni zamanda Mirzə Babayevlə də duetim olub. Mirzə Babayevin "kəpənək" mahnısını oxumuşuq. Həmin lent qızıl fondda saxlanılır. "Kəpənək" mahnısına cavab olaraq başqa mahnı da yazdırmışdım. Sözləri Baba Vəziroğlunun, musiqisi isə Eldar Mansurova aid idi. Həmin mahnıya klip çəkdirdik və mahnı qızıl fonda düşdü.
-
Bu hadisələr baş verəndə neçə yaşın var idi ?
- 9-10 yaşım
olardı. Həmin ərəfədə Londona getdim və 111 ölkə arasında 1-ci yerə layiq
görüldüm. İlk dəfə olaraq ekologiya himnini Azərbaycan və İngiliscə ifa etdim.
İndinin özündə də hər il may ayının 20-25 kimi bu konfrans keçirilir və konfransada
da mənim səsim səsləndirilir. Hər il mənə dəvətlər gəlir. Ancaq
mən ora öz hesabıma getmək istəmirəm. İstəyirəm ki, dövlət səviyyəsində və ya
kimsə kənardan köməklik etsin. Artıq 11 ildir qayıtdığım. 2000-ci ildə getmişəm. Ancaq İbrahim bəylə səhnəni tamam başqa cür
xatirələri var məndə. Ailəmlə birgə Türkiyəyə səfərə getmişdik və restoranların
birində yemək yeyirdik. Həmin zamanlar İbrahim bəy Asena xanımla birgə
çalışırdı. O hadisədən artıq 8-10 il keçir. Asena səhnədə rəqs etdikdən sonra İbrahim Tatlısəs səhnəyə
çıxdı. Bizimlə bir şəxs getmişdi və İbrahim
bəyə mənim səsimin olduğunu bildirdi. İbrahim Tatlısəs oxumağımı söylədi.
İbrahim bəyin o dövrdə məhşur olan
"Haydı söylə" mahnısını ifa etdim. Daha sonra isə "Nə söylədim?" mahnısını
oxudum. Həmin mahnıya uşaq vaxtı Bakıda klip də çəkdirmişdim. Ondan sonra İbrahim
Tatlısəs qulaq asdı və caamaatın içində bildirdi ki, bu uşağın gələcəyi var. Bakıya
qayıtdıqdan sonra İbrahim Tatlısesin Bakıda konserti oldu. Azəri qızı Günel də həmin
ərəfədə onunla birgə getdi.
- Yəni Günel onunla görüşüb səhnəni bölüşmədən öncə sən oxumuşdun?
- İbrahim Tatlıses Bakıya gələndə yenə onun konsertində çıxıb oxudum. İ. Tatlısəs məni görən kimi "sən həmin çocuqsan?" dedi. Onu da xüsusi olaraq qeyd edim ki, heç vaxt özümü belə şeylərlə öyməmişəm. Görün o vaxtdan nə qədər zaman ötüb? Sonra 1996 yoxsa, 1998-ci il idi deyəsən Oqtay Rəcəbovla oxudum. Sonra "7-17" müsabiqəsi. "İlin ən gözəl uşağı" seçilmişdim. O vaxt ilin ən gözəl uşağı idim. Onların hamısını yığıb saxlamışam. Sadəcə olaraq mən onları nümayiş etdirməyi xoşlamıram.
- Nə əcəb bundan reklam olaraq istifadə etməmisən?
- Heç vaxt, heç vaxt. Əksinə mən arxivimi açmaq istəmirəm. Bu gün də mən arxivimi açsam, hamı baxıb deyər ki, bu uşağın arxivində nələr varmış?
- Yaxşı, bəs indi nə etmək istəyirsən? Artıq əsgərliyini də çəkib gəldin.
- Mən hesab edirəm ki, kişinin belə deyək də, ən böyük naliyyətlərindən biri əsgərlikdir. Amma bunu yerinə yetirmək kişilərimizin 90%-də yoxdur.
- Əsgərlikdə olan zamanlar yanına kimlər ziyarətə gəliridi ?
- Xatirə İslam, Azad Şabanov və bir çox dostlar gəlmişdi. Sağ olsunlar. Xatirə, xanım çox tez-tez gəlirdi. And içmə mərasimində də gəlmişdi. Orada konsert olan zaman zəng vurub xahiş etdim ki, gəlib oxusun. Xatirə xanım sözümü yerə salmayaraq gəldi. Yəni, sübut etdi ki, biz nəyinsə müqavilində dost deyilik. Xatirə dediyi şeyə əməl edən xanımdır.
- Yəni bir dost kimi gözünü yumub ona güvənə bilərsən ?
- Bəli. Xatirə də mənim dostluğumu görüb. Yadınızdadı onun maşını yananda o mənə gecə zəng vurub dedi ki, bizə gələ bilərsən? Mən dedim nə baş verib? Dedi maşınım yanım tez özünü bizə çatdır. Anamı da, qardaşımı da yuxudan oyatdın onlar da mənimlə birgə getdilər. Səhərə qədər Xatirəgildə qalmışıq. Bəs dost hansı gün üçündür? Hətta mən əməliyyat olanda da, avtomabil qəzasına düşəndə də ilk yanıma gələn Xatirə olub. Əməliyyatdan olunduqdan sonra gözümü açdan gördüm ki, başımın üstündə Xatirə bacısıyla dayanıb ağlayır. Və mənə dedi ki, "narahat olma hər şey yaxşı olacaq". Təbii ki, atam, anam, ailəm də yanımda idi. Yəni ailə də insan üçün çox vacibdir. Hər zaman ailə insana dayaq olur.
- Bəs niyə bizim müğənnilərin bəziləri çıxıb deyir ki, sənəti ailəyə qurban verdim?
- Çoxusu nə bilim deyir ki, məndən yoxdur. Mən başa düşə bilmirəm ki, ailəni sənətə necə qurban vermək olar?
- Ümumiyətlə, şou-biznesdəki kişilərimiz haqqında müxtəlif fikirlər səslənir. Özün də bilirsən..
- Bilirəm. Amma, düzünü desəm, vallah mən heç kimə qarışmıram.
- Elələri ilə sən də eyni səhnəni paylaşacaqsan. Bu səni narahat etmir ki?
-Yox. Ən azı hamını özünə görə tanıyırlar. Məni görəndə, məndən də soruşurlar.
- Onlar nə işlə məşğuldurlar ki?
- Bilmirəm də nə ilşə məşğuldurlar, nə edirlər. Bir dəfə məclislərin birində idim. Həmin məclisə kişi müğənnisi gəldi və söylədi ki, mənimlə eyni səhnəni paylaşmaq istəmir. O vaxt da mən əsgərlikdən təzə gəlmişdim. Həmin gün mən hərbi komissarlıqdan gəlmişdim. Hərbi biletimi almaq üçün reqistrasiyadan çıxmışdım ki, mən artıq əsgərlik müddətim başa çatıb. Hərbi biletimi də həmin gün almışdım. Mən də baxdım dedim ki, ən böyük kişilik bu bileti almaqdır. Bizim borcumuz əsgərliyimizi çəkməyimizdir. Yəni, mən əsgərlikdən təzə gəlmişəm, sən mənə dəstək olmaqdan, məni qabağa çəkməkdən deyirsən ki, mənimlə eyni səhnəni bölüşmək istəmirsən. Mən sözü üzə deyən adamam. Bir iki həftə bundan əvvəl məclislərin birində idik. Dedim ki, kişi müğənnilərimizin 90%-i əsgərliyə getməyib. Oturub kiminsə arxasınca danışmaqdansa bir il gedin əsgərliyinizi çəkin. Onlar guya indi ali savadlıdırlar, heç olmasa gedib bir il hərbi xidmətlərini başa vursunlar. Amma getmək istəmirlər, deyirlər nəyimizə lazımdır hərbi xidmət. Mən düşünürəm ki, onlar hərbi xidmətə getsələr orada çox şey öyrənərlər.
- Hesab edirsən ki, şou-biznes əhlinin əslində hələ də nəsə öyrənməyə ehtiyacı var?
- Var. Niyə yoxdur ki? Oxumaqla hər şey düzəlmir. İnsan gərək özünü qoruyub saxlaya, özünə qiymət verməlidir.
- Bir az da yeniliklərin danışaq…
- Qarşımda məqsədim var. Təbii ki, səhnədə yadda qalmaq, tanınmaq, ən əsası isə sevilmək üçün çalışmaq lazımdır. Artıq bir neçə bəstəkarlarla bu günə qədər işləmişəm. Hazırda yeni mahnıları üzərində məşqlər gedir. Tunardan yeni bir bəstə almışam. Onu da deyim ki, peşəkar bəstəkarlarla işləməyi düşünürəm. Repertuarımda təbii ki, Aygün Səmədzadənin, Vüqar Camalzadənin, Nailə Mirməmmədlinin mahnılarının olmasını çox arzulayıram. İnşallah mahnılar hazır olduqdan sonra albom buraxdırmağı nəzərdə tutmuşam. İndidən çox danşmaq istəmirəm. Əsas odur ki, mən özümə inanıram. Xatirə İslamla da yeni duetimiz nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB