Bəzi şou-biznes nümayəndələri Fəxri Fərmana layiq görüldülər-FOTOSESSİYA

Bəzi şou-biznes nümayəndələri Fəxri Fərmana layiq görüldülər-FOTOSESSİYA

Dünən paytaxtın əyləncə məkanlarının birində Gənclər və İdman Nazirliyi ilə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müxtəlif peşə adamlarına Fəxri Fərmanlar təqdim olunub. SİA-nın məlumatına görə, mükafat alan şəxslər arasında müğənnilərlə yanaşı, aparıcılar və televiziya layihələri mükafat alıblar.

Xalq artisti Aygün Kazımova, əməkdar artist Tünzalə Ağayeva, müğənnilər Röya Ayxan, Nura Suri, Sevda Yahyayeva, Ramal İsrafilov, Ayaz Qasımov, Mirkamil Kamilov, Nurlan Növrəsli kimi məşhurlar bir çox nominasiyalar üzrə Fəxri Fərmana layiq görülüblər.

Televiziya kanallarından isə yalnız Xəzər TV və ATV-nin nümayəndələri gözümüzə dəydi. "Aramızda qalsın" teleserialının yaradıcı heyəti mükafat alıb. ATV-dən isə kanalın prodüseri Rena xanım, eləcə də Emin Musəvi və Afaq kimi teleaparıcılar Fəxri Fərmanla mükafatlandırılıblar.

Qeyd edək ki, Aygün Kazımova "İlin qadın müğənnisi", Röya Ayxan "İlin xiti" ("Sənə görə"), Nura Suri "İlin çalışqan müğənnisi", Sevda Yahyayeva "İlin klipi" ("Tut əlimdən) nominasiyaları üzrə tərtif olunublar.

Gecənin aparıcısı Kamilə Babayeva idi.

Fotolar müəllifə məxsusdur

Bütün xəbərlər Facebook səhifəmizdə