“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı intihar edib- FOTO

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı intihar edib- FOTO

Rumıniyanın "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı intihar edib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 1998-ci ildə Rumıniyanı "Eurovision"da təmsil etmiş 37 yaşlı Malina Olinesku dekabrın 11-dən 12-nə keçən gecə Buxarestdə yaşadığı binanın 6-cı mərtəbəsindən özünü atıb. O, yerindəcə keçinib.


Malina Olinesku 1974-cü il yanvarın 29-da Buxarest şəhərində anadan olub. Peşəkar karyerasına 1995-ci ildə ölkənin "Mamaia and Cerbul de Aur (Golden Stag)" kimi musiqi festivallarında iştirakı ilə başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə