Lalə Məmmədovanın Norveçdə keçirilən konsertində nələr baş verib? - FOTOSESSİYA

Lalə Məmmədovanın Norveçdə keçirilən konsertində nələr baş verib? - FOTOSESSİYA

Əməkdar artist Lalə Məmmədova Norveçdə "NAYO" ("Norway-Azerbaijan Youth Organization") və Azərbaycandakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunmuş konsertlərdə çıxış edib. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, "NAYO" Avropada yaranmış ilk Azərbaycan Gənclər təşkilatıdır. Konsertlər Azərbaycan Respublikasinin müstəqilliyinin 20 illiyinə və "NAYO"-nun yaranmasının 5 illiyinə həsr olunmuşdu.

Oslodakı konsert isə şəhərin mərkəzində məşhur \"Oslo Konserthus\" konsert salonunda baş tutub. Konserti \"NAYO\"nun rəhbəri Ramil Əliyev və Oslonun meri Fabian Stanqa açıb. Bundan başqa konsertdə məşhur səyyah Tur Heyerdalın oğlu, Türkiyənin Norveçdəki səfiri Hayati Guven, Norveçin Azərbaycandakı keçmiş səfiri Yun Rambeyk, Azərbaycandaki "Azərbaycan-Norvec Skandinaviya mərkəzi\"nin sədri Vibekka Rogen, Oslo parlamentinin üzvləri Mərtəfə Barlimoğlu, Gulay Kutal, Norveç Nazirlikləri iştirak edirdilər.

Azərbaycan sənətçiləri- əməkdar artisti Lalə Məmmədova, mügənnilər Rəşad İlyasov, Səbinə Ərəbli, tarzen əməkdar artist Sahib Paşazadə, kamanşa Toğrul Əsədullayev, rəqqasə Günel Şeyxova konsertdə maraqlı çıxışları edib.

Maraqlı məqamlardan 1- i də konsertdə Norvecin məşhur skripkaçı Hallvard Bjorgumun iştirakı olub. O, çıxışında Azərbaycan musiqisi ilə Norveç musiqisinin oxşar çalarlarından söz açıb. Sonra isə tarzen Sahib Paşazadə ilə birgə Azərbaycan xalq mahnısı \"Tello\" və ritmik muğam \"Heyrati\"ni ifa edib.

Lalə Məmmedova Norveçdə keçirilən konsertdə öz repertuarından tanınmış və yeni mahnılarını ifa edib. Tamaşaçıların onunla birgə mahnıları ifa etməsi müğənnini çox təsirləndirib. Sonda Lale akapella şəklində hamı ilə birgə \"Azərbaycan\" mahnını ifa edib.
Konsertlərdən sonra Osloda və Stavangerdə yaşayan Azərbaycanlılar sənətçilərin görüşü keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə