“Elə bir sənətkarla duet oxuyacam ki...”

“Elə bir sənətkarla duet oxuyacam ki...”

"Qala" qrupundaki fəaliyyəti ilə kifayətlənməyən və solo karyerada da özünü sınayan Ceyhunun bir çox yenikləri var. SİA-ya danışan müğənni açıqlaması zamanı bildirdi ki, "Qala" qrupunun yenilikləri ilə bərabər o həm də öz klipini çəkdirir: "Bir neçə gündən sonra çəkilişlərinə başlanacaq. Klipi gənc dostlarımızdan biri ekranlaşdıracaq. Çünki ssenari mənim özümə məxsusdur. Rejissor məni sadəcə yönləndirəcək".

Xatırladaq ki, "Ötən günlər"in sözləri Azər Şirinə musiqisi isə Ceyhunun özünə məxsusdur. Ceyhun Günel Ələkbərova ilə duet oxuduğunu da qeyd etdi. Onun sözlərinə görə, növbəti duet ortağı çox böyük sənətçilərdən biri ilə nəzərdə tutulub. Hələ ki ad açıqlamayan gənc ifaçı "Elə bir sənətkarla duet oxuyacam ki, bu layihə həm onun, həm də mənim yaradıcılığıma uğur gətirsin. Adımıza layiq olsun" söylədi.

Ceyhun yeni mahnılarınan biri barədə də açıqlama verdi. Müğənni "Sonunda ayrıldıq…" mahnısını da lentə aldırıb. Adıçəkilən mahnının sözləri də, musiqisi də Ceyhunun özünə məxsusdur. Mahnı Tərlan Məmmədhüseynov tərəfindən oranjiman edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə