Braziliya Federativ Respublikasının Rio De Janeiro şəhərində Beynəlxalq Atçılıq Federasiyasının illik Ümumi Toplantısı keçirilmişdir. Bütün milli federasiyalar kimi Azərbaycan Respublikası Atçılıq Federasiyasının nümayəndə heyəti toplantıda iştirak etmişdir. Toplantıda ayrı-ayrı qrupların görüşləri, illik hesabatlara dair müşavirələr keçirilmişdir və gələcək planlar haqda müzakirələr aparılmışdır. ARAF-ın nümayəndə heyəti 3-cü qrup ölkələrinin görüşündə iştirak etmiş və ölkəmizdə atçılıq idmanının inkişafı, 2011-ci ildə keçirilmiş və 2012-ci ildə keçirilməsi nəzərdə tutulan yarışlar haqda digər federasiyalara məlumat vermişdir. Bununla yanaşı toplantıda nümayəndə heyəti tərəfindən Azərbaycan Respublikası Atçılıq Federasiyasının stendi qurulmuşdur. Təbliğat məqsədi daşıyan sərgidə Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri tərəfindən bütün iştirakçılara ölkəmiz və ölkəmizdə olan Atçılıq idmanı haqqında məlumat verilmişdir. Bununla yanaşı Beynəlxalq Atçılıq Federasiyasının əməkdaşlarına, xarici federasiyaların üzvlərinə üzərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının loqotipi olan qələmlər, kalendarlar, yaddaş kartları, Qarabağ atları haqqında bukletlər, Azərbaycan haqqında video məlumatı özündə əks etdirən DVD-lər paylanmışdır. Sonda BAF-ın büro üzvləri danışıqlar aparılmış və 2013-cu il Ümumi Toplantının Bakıda keçirilməsi haqqda müzakirələr olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB