Xanəndə Qoçaq Əsgərovun bu ilin mayında İtaliyanın "Filmay" musiqi şirkəti tərəfindən buraxılan diski sürətlə müxtəlif ölkələrə yayılır. YUNESKO-nun eksperti, layihənin təşəbbüskarlarından olan Sənubər Bağırovanın SİA-ya verdiyi məlumatına görə, Fransada bir qrup musiqiçinin rəyi əsasında sözügedən disk 2010-cu ilin ən yaxşı toplusu adını qazanıb. İfaçının digər uğurunun sorağı Almaniyadan gəlib. Belə ki, disk barəsində rəy bildirən bir neçə mütəxəssis Azərbaycan musiqisinin dünya miqyasında tanıdılmasında diskin əhəmiyyətini vurğulayıblar. Onlar "Filmay"in layihəsini dəstəkləyiblər.
İngiltərənin
mətbuatında isə yazılıb ki, Qoçaq Əsgərovun səs imkanları olduqca genişdir və
o, böyük səhnələri fəth etməlidir.
Qeyd edək ki, sözugedən disk artıq onlarla ölkənin
radio stansiyasında səslənir.
Onu da
qeyd edək ki, "Filmay" şirkəti Qoçaq Əsgərovun İtaliya konsertini internetə
yükləyərək, böyük dinləyici auditoriyasına təqdim edib.
Diskin satışına gəlincə Sənubər xanım bunları dedi:
"Diskin satışı
yalnız əcnəbi ölkələrdə nəzərdə tutulub. Bizim Mədəniyyət və turizm
nazirliyinin nümayəndəsi diskin tirajlanması ilə bağlı müvafiq sənədə imza
atıb. Şirkət həmin tirajdan nazirliyə diski hədiyyə edib, yəni burada satışı
nəzərdə tutulmayıb. Əgər tələbat satışı üstələyərsə, tirajın artırılması
ehtimalı yarana bilər. Qeyd edim ki, İtaliyanın həmin şirkəti diski elektron
variantda da satışa çıxarıb".
Sənubər xanım sonda vurğuladı ki, "Filmay"in
Azərbaycan musiqisinin təbliğatı ilə bağlı layihəsi bununla yekunlaşmır. Layihə
çərçivəsində 6 diskin işıq üzü görməsi planlaşdırılıb. Bunlardan ikisi iki
xanəndənin payına düşür. Qalan 4 diskə aşıq havaları, instrumental musiqilər və
s. daxil edilib eyni qaydada satışa çıxarılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB