“Eurovision” namizədimiz Ukrayna şou-biznesinə qatılır-FOTO

“Eurovision” namizədimiz Ukrayna şou-biznesinə qatılır-FOTO

Ötən il "Eurovision-2012" Mahnı müsabiqəsinin milli seçimlərində uğurlu çıxış nümayiş etdirən və bu il də "Eurovision-2012" Mahnı müsabiqəsinin milli seçimlərinə qatılan müğənni Adil Baxışlı Ukraynanın tanınmış musiqi şirkətlərindən birindən təklif alıb.

Bu barədə SİA-ya müğənni özü məlumat verib: "Bu il "Eurovison-2012" Mahnı müsabiqəsinin milli seçimlərinə qatılmışam. "Eurovision"da iştirak arzumdur. Digər tərəfdən də gözləmədiyim bir təklif almışam. Bu gün şou-biznesdə bütün sənətçilər Rusiya, ya da Türkiyə şou-biznesində qatılmaq istəyir. Mən isə Ukraynanın musiqi şirkətlərindən birindən musiqi karyerama dair yaxşı təklif almışam. Əgər müqaviləni imzalasam, Azərbaycanı xaricdə təmsil etmə imkanı qazanacam. Hələlik bu barədə düşünürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə