Azərbaycanlı müğənni serialda baş rola çəkilir

Azərbaycanlı müğənni serialda baş rola çəkilir

NEXT qrupundan sonra ilk olaraq solo fəaliyyətə başlayan Seyran fərqli ampluada görünəcək. Müğənni serialda çəkilmək təklifi alıb. İfaçının mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, təklifi dəyərləndirən Seyranın başı artıq çəkilişlərə qarşıb. Bu barədə hələlik ətraflı məlumat verilməsə də, ekran əsərinin sevgi-məhəbbət mövzusunda olduğu bildirildi.

NEXT-in eks üzvlərinin qrupun dağılması ilə bağlı verdiyi açıqlamalara gəlincə isə, mətbuat katibi bu barədə danışmağa ehtiyac olmadığını bildirdi: "Bu mövzuda danışmağa gərək yoxdur. Ümumiyyətlə, heç kimlə bağlı münasibət bildirmək istəmirik. Çünki, qara piara, mənasız reklamlara ehtiyac yoxdur. Onlara da, Seyrana də solo fəaliyyətində uğurlar arzu edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə