Vasif Məhərrəmlidən qardaş Türkiyəyə jest

Vasif Məhərrəmlidən qardaş Türkiyəyə jest

Türkiyədə keçirilən Vana dəstək kompaniyasına Türkiyənin tanınmış sənət adamları da qoşulublar. Azərbaycan sənətçilərindən isə ilk addımı müğənni Vasif Məhərrəmli atdı.

Müğənni Türk qardaşlarımıza dəstək olmaq üçün şəxsi vəsaitindən müəyyən bir məbləğdə pulu yardım kompaniyasına göndərib. Məlumatı dəqiqləşdirmək üçün müğənni ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Vasif Məhərrəmli məlumatı təsdiqlədi: \"Türkiyədə baş verən fəlakət mənə bir türk olaraq ağır təsir etdi. Biz qardaş ölkəyik. Türk qardaşlarımıza dəstək olmaq üçün yardım aksiyasına qoşulmağa qərar verdim. Və müəyyən vəsaiti hesaba köçürdüm. Düşünürəm ki, Van vilayətində baş verən təbii fəlakətdən sarsılan insanlara dəstək olmaq üçün hər bir Azərbaycanlı bu kompaniyada iştirak etməlidir. Mən mətbuat vasitəsilə sənət dostlarımı da Türk qardaşlarımıza dəstək olmağa çağırıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə