Türkiyədən qalibiyyətlə dönən aşıq xanım etiraz etdi: “Mənim adım isə bir dəfə də olsun hallanmadı”-AÇIQLAMA-FOTO
Aşıqlar Birliyinin və Aşıq Pəri məclisinin üzvü aşıq Lətifə Çeşməli etiraz səsini qaldırdı. Türkiyədə keçirilən bütün Türk dünyasının qatıldığı qadın aşıqlarının yarışmasından qalibiyyətlə dönən Lətifə xanım SIA-ya müsahibəsində sevincini xalqla bölüşə bilmədiyindən şikayətləndi: "Narazılığım budur ki, Türkiyədə qazandığım uğuru efirə çıxıb Azərbaycan xalqına çatdıra bilmədim, sevincimi elimlə bölüşə bilmədim. 1-ci yerə çıxdım, amma bundan heç kim xəbər tutmadı. Bu yarışmaya Qazaxıstandan, Qırğızıstandan, bir sözlə bütün Türk dünyasından 16 qadın aşıq qatılmışdı. Azərbaycandan aşıq Solmaz Kosayeva ilə mən getmişdik. 16 aşığın içində Azərbaycanı birinci yerə çıxartdıq. Azərbaycan adına bizə diplomlar verildi. Məndən fərqli olaraq Solmaz xanım efirlərə çıxıb öz uğurundan danışdı. Mənim adım isə bir dəfə də olsun hallanmadı. Mən də istədim çıxım danışım, efirlər məndən pul istədilər. Telekanalların adını çəkmək istəmirəm. Hər halda söhbətin hansı telekanallardan getdiyini hər kəs başa düşəcək. Çünki sırf aşıqların fəaliyyətindən bəhs edən proqram azdır.\"
Lətifə xanım sözügedən yarışmaya dövlət xətti ilə göndərildiyini qeyd edir: \"Biz bu yarışmaya dövlət xətti ilə getmişdik. Başa düşə bilmirəm, əgər məni bu yarışmaya dövlət özü göndəribsə, qalibiyyətlə döndüyüm halda niyə pul verib efirə çıxmalıyam? Əksinə, özləri məni çağırmalı idilər. Başa düşə bilmirəm efirlər bunu niyə nəzərə almırlar.\"
Sənəti ilə bağlı bu kimi problemlə efirdən kənarda da qarşılaşdığını deyən Lətifə Çəşməli ona qarşı kompaniya aparıldığını düşünür: "Vaxtilə ən tələbatlı xanım aşıq olmuşam. Məni toya çağırmaq istəyəndə ya telefon nömrəmi vermirlər, ya da deyirlər ki, Lətifə Çeşməli daha toylara getmir. Dəfələrlə mənə deyiblər ki, sizi çağırmaq istədik, dedilər ki, mümkün deyil. Guya mən həmin günü başqa tədbirdəyəm. Əslində isə mənim bunların heç birindən xəbərim yoxdur. Daha doğrusu sonradan xəbər tuturam. Xahiş edirəm, mənim yolumu kəsməsinlər!\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB