Gövhər Həsənzadə nədən narazıdır?

Gövhər Həsənzadə nədən narazıdır?

Azəbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhar Həsənzadə xarici ölkələrə ən çox səfər edən məşhurlarımızdandır. Gövhər xanımın narazı olduğu bir çox məsələlər var. SİA-ya açıqlama verən bəstəkar onlardan söz açdı: "Burdan köçmək fikrim var. Azərbaycandan köçəcəyimi bilirəm və bunu da demişəm. Planımız hələ ki, Türkiyəyədir. Azərbaycanla əlaqələri bitirmək fikrində deyiləm. Türkiyədən iş təklifi coxdur, hazırda bu barədə danışıqlar gedir və artıq seçimlərdə olub. Orada universitettipli tədris müəssisəsinin açılışına hazırlaşırıq. İstanbul şəhərini istəyirik. Bir bəstəkar kimi MESAM qurumunun üzvuyəm ve müəllif hüquqlarım tam şəkildə qorunur. Özəl studiyam ilə müqavilələr bağlamağıçın heç bir problemi yoxdur. Yerli bəstəkarlarımıza da şərait yaradmaq istəyirəmki, şirkətim vasitəsilə öz mahnılarını satışa çıxarsınlar. Bakı tamaşaçısı ilə türk tamaşaçısı arasında fərq böyükdür. Amma Azərbaycan bəstəkarlıq məktəbinin məhsulu dünyanın hər yerində tələbata mənsubdur. Bunu əminliklə deyə bilərəm.Milli kadrlara üstünlük verdiyimə görə məni qınaq obyektinə çevirsələr belə, bilirlər ki, hansısa pafos naminə istedadsız birini Avropa səhnəsinə çıxartmamısam. Mədəni ideologiyada heç kim mənimlə mübahisə apara bilməz. Çünki çox gözəl bir dövrdə mükəmməl məktəb keçmişəm. Milli kadrların yetişdirilməsində iştirak etmişəm, Azərbaycan tamaşaçısını tanıyıram. Bunu kənardan gələn bilməz".


Bütün xəbərlər Facebook səhifəmizdə