Elza Seyidcahan Samir Əliyevə cavab verdi: “Samir büsbütün uzunqulağa bənzəyir\"

Elza Seyidcahan Samir Əliyevə cavab verdi: “Samir büsbütün uzunqulağa bənzəyir\"

Stilist Samir Əliyev SIA-ya açıqlamasında əməkdar artist Elza Seyidcahan barədə olduqca maraqlı ifadələr səsləndirdi. Stilist Elza xanımın "uzunqulaq dəbi"nin sahibi adlandırdı. Samir iddia edir ki, bunu yalnız Elza Seyidcahan bacarardı. Ancaq Samirin cavabı da özünü çox gözlətmədi. Elza Seyidcahan SİA-ya vasitəsi ilə stilistə kəskin şəkildə cavab verdi:

"Mənim gözlərim uzunqulağın gözlərinə bənzəyir. Samirin isə özü. Onda o dəbin gözləri mənimki, qalan hissələri isə Samirinki olsun. O, hərdən yaşıl şalvar geyinir. Ayaqqabıları da qeyri-adidir, karikatura formasındadır. Mən gözlərimin oxşadığı üçün onları verə bilərəm. Ancaq Samir büsbütün uzunqulağa bənzəyir.

Ancaq istəmirəm Samir məndən incisin. Çünki mən onun xətrini çox istəyirəm və bilirəm ki, o da məni çox istəyir. Gözlər mənim, qalan hissələr onun və biz həqiqətən də bacararıq".

Müğənni açıqlamasında uzunqulaqlar barədə olduqca məlumatlı olduğunu dilə gətirdi: "Türkiyədə yazıçı Polad Əli uzunqulaq haqda kitab yazıb- "Əzab yüklü eşşək və biz". Samirə deyin o kitabı oxusun və o biləcək ki, eşşək necə ağıllı və zəhmətkeşdir. Onların nəsli kəsilmək üzrədir. Biz isə bunun qarşısını ala bilmirik. O heyvan cəmiyyətə xeyir verdiyi və insanların zəhmətini çəkdiyi halda, ondan söyük və təhqir olaraq istifadə edirlər. Amma o insanlara pislik eləmir, onları yemir. Hətta bəxti bağlı qızlar onun üstündə oturan zaman onların bəxti açılır. O, təhlükə hiss edəndə getmir. Eşşək palçığa belə bir dəfə batır. Xaricdə isə bir qadın var, çoxlu eşşək saxlayır və hər dəfə açıqlamasında deyir ki, "Mən dünya eşşəklərinin anasıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə