Amerikada yaşayan müğənni Yan Kaş Azərbaycanı “Eurovision”da təmsil etmək istəyir - VİDEO
Amerikada yaşayan əslən bakılı müğənni Yan Kaş "Eurovision-2011"-nin milli seçim turuna qatılmaq üçün Bakıya gəlib. Bu barədə SİA-ya məlumat verən müğənni deyib ki, o, "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək arzusundadır.
O, dostu, məşhur reper Brayan və adını sirr saxladığı digər tanınmış şəxslə məhz "Eurovison-2012" üçün himn yazdırdığını deyib.
Bundan başqa müğənni Bakıda solo konsertlə çıxış etməyə hazırlaşır.
Qeyd edək ki, Yan Kaş "...adlı qız" mahnısına klip çəkdirib. Klipin çəkilişləri İçəri Şəhərdə baş tutub.
Klipin rejissoru Zaur Qurbanovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB