Xalq artisti Aygün Kazımovayla çalışan əslən azərbaycanlı olan Türkiyənin məşhur modelyeri RAMAZZO "İstanbul Fashion Week"də iştirak edib. SİA-ya məlumat verin modelyerin sözlərinə görə, o, hazırda Türkiyənin gənc müğənnisi Kendi ilə çalışır: "Mən İstanbulda üçüncü dəfə keçirilən "Fashion Week 2011" iştirak etdim və 3 gün ərzində Kendiyə 10 geyim hazırladım. Bu isə türk mətbuatının marağına səbəb oldu. Biz Kendi ilə Tarkanın Açıq Hava teatrında keçirilən konsertinə dəvətli olunduq. Tarkan konsert boyu dəfələrlə Kendiyə diqqət yetirib və çox güman ki, onun geyimlərini bəyənib.
Onu da qeyd edək ki, bununla yanaşı bu yaxınlarda Kral TV-də yayımlanacaq Aygün Kazımovanın \"Düşün məni\" klipində o RAMAZZO-dan bir geyim geyinib. Modelyer xalq artistinin yeni imicindən çox məmnun qalıb və onun İstanbulda etdiyi son səfəri zamanı fərqli göründüyünü vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB