Mediadan uzaq gəzən məşhur müğənni Röya küsülü olduğu stilist Samir Əliyevlə barışıb. Bu barədə SİA-ya stilist məlumat verib. Samirin sözlərinə görə, bir zamanlar ona telefon açaraq söyüş söydüyünü deyən Röya indi dedikləri unudub. Əslində elə Samir də müğənnidən küsməyib.
Samir müğənnin saçlarını cəmi bir dəfə kəsdiyini, sonra isə hələ başlamayan iş birliyinə son qoyduğunu dilə gətirmişdi. Ancaq mübahisənin səbəbi Samirin əl işi yox, vaxt kəsadçılığı idi. Röya stilisti saçını düzəltməyə çağırsa da o vaxt tapıb gedə bilməmişdi. Buna görə də Samirin bu hərəkəti müğənnini elə qəzəbləndirmişdi ki, hətta stilisti söyməkdən də çəkinməmişdi. Qərara gəlmişdi ki, bir daha ona zəng etməsin.
Ancaq bu yaxınlarda Samirə müraciət edən Röya saç düzümünü yenidən ona həvalə edib: "Hamı bilir ki, mən Röyanı çox istəyirəm. Baxmayaraq ki, o, məni söymüşdü. Ancaq mənə dediyi sözləri ona halal elədim. O gün dalımca sürücü göndərdi. Getdim Röyanın bağına və yenidən saçlarını kəsdim. Röya deyir ki, onun saçını məndən başqa heç kim yaxşı kəsə bilmir. Dediyinə görə, məndən çox razı qaldı. Mən də ondan razıyam. Ondan sonra məni 2 dəfə çağırıb. İndi münasibətlərimiz çox yaxşıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB