“Bermud üçbucağı” nələr vəd edir?

“Bermud üçbucağı” nələr vəd edir?

\"Space\" telekanalında yeni realiti-şou start götürüb. SİA-nın məlumatına görə, "Bermud üçbucağı" adlı yeni layihənin rəhbəri Cenk Kamal İçdən, aparıcısı Mikayıl Güləddinoğlu, prodüseri Roland Bayramov, rejissoru isə Vüsalə Mirzəyevadır.

Şounun ilk efirinin çəkilişləri artıq baş tutub. Onun ilk iştirakçıları isə müğənni-rəqqasə Oksana Rəsulova, müğənni Günel Ələkbərova, "Şeron" qrupunun keçmiş üzvüYaşar və aparıcı İlhandır.

Bu həftənin şənbə günü saat 22:15-də efirə çıxacaq şounun olduqca çətin layihədir. "Bermud üçbucağı"ndan çıxmamaq şərti ilə iştirakçılar 36 saat ac və susuz qalacaqlar. Hər bir iştiraçının adına nümunə olaraq 5 min manat pul ayrılıb. Onların suya və ya yeməyə tələbatları olduqları zaman vəsaitlərindən xeyli miqdarda pul çıxılacaq. Məsələn, bir stekan suyun qiyməti 250 manat, bir qab yeməyin isə 500 manatdır. Əsas məqsəd olduqca az pul xərcləməkdir. "Bermud üçbucağı" deyilən həmin üçbucaqdan iştirakçıların barmağı belə çıxsa, onlar layihədən kənarlaşacaqlar. Hər həftə keçiriləcək realiti-şouda yeni qonaqlar iştirak edəcəklər. Hər həftənin qalibi finala vəsiqə qazanacaq. Realiti-şounun qalibi isə böyük mükafata layiq görüləcək.



Bütün xəbərlər Facebook səhifəmizdə